“Qəbələ” onunla yollarını ayırdı

qebele-onunla-yollarini-ayirdi
Oxunma sayı: 1042

“Qəbələ” hollandiyalı futbolçu Dion Malon ilə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.
 
2017-ci yayından "qırmızı-qaralar"da çıxış edən legioner 2017-2018-ci illər mövsümündə “Qəbələ”nin şərəfini qoruyub. Dion “qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 21 oyun keçirib. Topaz Premyer Liqasında 18 matça çıxan hollandiyalı UEFA Avropa Liqasında 3 oyunda iştirak edib.
 
“Qəbələ” Dion Malona “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.