“Qəbələ” “Qarabağ”a qalib gəldi - Yenilənib

qebele-qarabaga-qalib-geldi
Oxunma sayı: 4607

Bu gün Topaz Premyer Liqasında 9-cu tura yekun vurulacaq.
 
“Qafqazinfo” xəbər verir ki, son oyun günündə turun mərkəzi matçı keçiriləcək. Lider “Qarabağ” “Qəbələ”nin qonağı olacaq.
  
22 oktyabr (bazar)
 
18:30. “Qəbələ”“Qarabağ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu

***

“Qəbələ” – “Qarabağ” oyununun start heyətləri bəllidir. Rəqiblər az sonra başlayacaq matça bu heyətlə çıxacaq.

“Qəbələ”: Dmitri Bezotosnı, Voislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, Qismət Alıyev, Elvin Camalov, Asif Məmmədov, Cavid Hüseynov, Dion Malone, Stiven Monroz, Baqali Dabo.

“Qarabağ”: İbrahim Şehiç, Rəşad Sadıqov, Ansi Aqolli, Elvin Yunuszadə, Yakub Jezniçak, Qara Qarayev, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov, Donald Gerye, Ramil Şeydayev.

***

Hakimin start fiti ilə matç başladı

***

Matça sürətli başlayan "Qəbələ" erkən qol vurub. 8-ci dəqiqədə Asif Məmmədov "Qəbələ"ni hesabda önə keçirib.

***

Matçda başqa qol olmayıb. Beləliklə, "Qəbələ" çempionatın liderini minimal hesabla məğlub edib.