““Qəbələ” Qriqorçuka yeni müqavilə təklif edib”

qebele-qriqorcuka-yeni-muqavile-teklif-edib
Oxunma sayı: 802

Latviya Futbol Federasiyasının prezidenti Kaspar Qorkş “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun növbəti mövsüm də Azərbaycanda çalışa biləcəyi haqda danışıb. “Qafqazinfo” xəbər verir ki, yerli mətbuata açıqlama verən Federasiya başçısı ukraynalı mütəxəssisin “Qəbələ”dən yeni təklif aldığını söyləyib: 

“Roman Qriqorçukla özüm əlaqə saxladım. İndi onunla danışıqlar yalnız masa arxasında davam edə bilər. Ona “Qəbələ” klubu yeni müqavilə təklif edib. Dünən bu barədə danışdıq. Qriqorçuk bildirdi ki, hər şeyə mayın sonunda aydınlıq gələcək. Biz də uzun müddət gözləyə bilmərik. Latviya millisinə uyğun bir mütəxəssis tapmalıyıq. Bu, qısa müddətdə baş verməlidir”. 

“İstəyirik ki, Azərbaycanla oyuna qədər baş məşqçi tapaq. Yoxsa həmin matça baş məşqçisiz çıxacağıq”.