“Qəbələ” Rəşad Abdullayevi azarkeşlərə təqdim etdi

qebele-resad-abdullayevi-azarkeslere-teqdim-etdi
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi məlumata görə, bununla komandanın bu mövsüm reallaşdırdığı 2-ci transfer olub.

“Qəbələ” daha əvvəl Şəhriyar Xəlilovu rənglərinə bağlamışdı.
I Qəbələ Kubokunun açılış mərasimində ictimaiyyətə təqdim olunan Abdullayevə klubun vitse-prezidenti Fariz Nəcəfov tərəfindən “Qəbələ” forması təqdim edilib. 31 yaşlı futbolçu “Qəbələ”də “27 nömrə” olacaq.

Təqdimat mərasimindən sonra futbolçunun iştirakı ilə kütləvi informasiya vasitələri üçün brifinq təşkil olunub.

Qeyd edək ki, Rəşad Abdullayev karyerası ərzində “Xəzər Universiteti”, “Xəzər Lənkəran” və “Neftçi”nin şərəfini qoruyub.


Ceyhun Əhmədov