“Qəbələ” rəsmiləri Van Persi ilə görüşdülər - Foto

qebele-resmileri-van-persi-ile-gorusduler
Oxunma sayı: 1690

“Qəbələ” Futbol Akademiyasının nümayəndələri Hollandiyanın “Feyenoord” Futbol Klubunun bazasında olublar.

“Qafqazinfo” xəbər verir ki, 6 günlük səfər zamanı Hollandiya klubunun əsas komandasının bazasına baş çəkilib, məşq və "Den Haaq"a qarşı çempionat oyunu izlənilib.

Həmçinin, akademiya komandalarının məşqi, oyunları, məşqçiləri, seleksiya qrupu, performans məşqçiləri, oyun və məşq fəlsəfəsi ilə tanışlıq olub.

Klub rəsmiləri Vim Yansen, Pyer van Hoydonk, Roy Makay, Yap Stam, Dirk Kuyt, Robin van Persi kimi sabiq futbolçularla da görüşüblər.