“Qəbələ” “Reyncers”in futbolçusunu icarəyə götürür

qebele-reyncersin-futbolcusunu-icareye-goturur
Oxunma sayı: 642

Avropa Liqasındakı təmsilçimiz “Qəbələ” heyətini Şotlandiyanın “Reyncers” klubunun futbolçusu Andi Hallideyi ilə gücləndirəcək.

“Qafqazinfo” “The Scottish Sun”a istinadən xəbər verir ki, “Qəbələ” 25 yaşlı şotlandiyalı yarımmüdafiəçini icarəyə götürməyə hazırlaşır. Artıq bununla bağlı qarşı tərəfə təklif göndərilib və müsbət cavab alınıb. Bu gün Hallidey Avstriyada təlim-məşq toplanışında olan "qırmızı-qaralar"ın düşərgəsinə  qoşulacaq.

Qeyd edək ki, Hallidey 2015-ci ildən çıxış etdiyi “Reyncers”in əsas komandasında 67 oyunda 8 qol vurub.