“Qəbələ” “Sumqayıt”a, “Zirə” “Sabah”a qarşı

qebele-sumqayita-zire-sabaha-qarsi
Oxunma sayı: 2515

Bu gün Topaz Premyer Liqasında 3-cü tura start veriləcək.  “Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.

Öncə “Qəbələ” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək.

Günün digər matçında isə iki paytaxt klubu - “Zirə” ilə “Sabah” qarşılaşacaq.

Topaz Premyer Liqası

3-cü tur

25 avqust

"Qəbələ" - "Sumqayıt"

Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov.

Qəbələ. Şəhər stadionu, 18:00.

"Zirə" - "Sabah"

Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ramil Diniyev.

Bakı. “Dalğa Arena”, 20:30.

Turun digər iki oyunu sabah keçiriləcək: 18:00. Keşlə - Səbail, 20:30. Qarabağ - Neftçi.