6 şirkətin iştirak etdiyi tenderdə daha sərfəli şərtlər təklif edən Almaniyanın “PWT Wasser-und Abwassertechnik GmbH” şirkəti qalib elan edilib və “Azərsu” ASC ilə həmin şirkət arasında müqavilə imzalanıb.
“Azərsu”dan “Qafqazinfo”ya verilən məlumata görə, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə elan edilmiş beynəlxalq tender də yekunlaşıb. 7 iddiaçı şirkətin təqdim etdiyi təkliflər ətraflı qiymətləndirilib, daha əlverişli şərtlər təklif edən yerli T.T.Ş.İnşaat MMC şirkəti Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tenderin qalibi elan edilib və “Azərsu” ASC ilə həmin şirkət arasında müqavilə imzalanıb.
Qeyd edək ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı, Qəbələ, Sabirabad və Saatlı şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.
Nigar Məmmədli