Qəbələdə 3 körpü dağıldı

qebelede-3-korpu-dagildi
Oxunma sayı: 652

Qəbələ rayon icra başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Abil Ağasəfov Trend-ə bildirib ki, iyulun 10-da, saat 23:00 radələrində rayona yağan güclü leysan yağışlar nəticəsində Qəbələ şəhəri ərazisindən keçən Qaraçay çayı üzərində iki suötürücü qurğu, 20 Yanvar küçəsində körpü, Daşlıca kəndi ərazisində Qaraçay çayın üzərindəki 2 körpü dağılıb.

Komissiya sədri deyib ki, körpülərin bərpa və təmirinin aparılması üçün tədbirlər görülüb.

Ağasəfovun sözlərinə görə, selin vurduğu ziyanın aradan qaldırılması üçün rayon Fövqəladə Hallar Komissiyası tərəfindən operativ qərərgah yaradılıb. Dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Təbii fəlakət nəticəsində rayonun bəzi kəndlərində həyətyanı sahələrə yağış suları dolub. Həmin ərazilərin sudan təmizlənməsi üçün müvafiq tədbirlər görülür.