Qəbələdə beynəlxalq aeroport açıldı

qebelede-beynelxalq-aeroport-acildi
Oxunma sayı: 646

Trend -in məlumatına görə, aeroportun kollektivi və rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Azərbaycan Prezidenti mərasimdə çıxış etdi.

Sonra Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə qəbələlilər adından minnətdarlıq etdi.

Daha sonra dövlətimizin başçısı aeroportun rəmzi açılışını bildirən lenti kəsdi.

"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov beynəlxalq standartlara cavab verən Qəbələ aeroportu haqqında Prezident İlham Əliyevə məlumat verdi.

Dövlətimizin başçısı Qəbələ Beynəlxalq Aeroportunun layihəsi və Qəbələ-Ağdaş yolunun yenidən qurulması ilə bağlı stendlərə də baxdı.

Prezident İlham Əliyev aeroportun açılışı münasibətilə təbriklərini çatdırdı, kollektivə uğurlar arzuladı.