Qəbələdə dağda ölən kişinin meyiti çaydan tapıldı - Yenilənib

qebelede-dagda-olen-kisinin-meyiti-caydan-tapildi
Oxunma sayı: 2700

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Həmzəli kəndində dağlıq ərazidə yüksəklikdən yıxılmış 1975-ci il təvəllüdlü Mehralıyev Sadiq Məmməd oğlunun meyitinin çıxarılması üçün müraciət daxil olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə Şimal-Qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Qəbələ rayonunun Həmzəli kəndində dağlıq ərazidə olarkən yüksəklikdən yıxıldığı bildirilən 1975-ci il təvəllüdlü Mehralıyev Sadiq Mamed oğlunun meyitinin Həmzəli çayından götürülməsi üzrə tədbirlər başa çatıb.

S. Mehralıyevin meyiti aidiyyəti üzrə təhvil verilib.

Çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan əməliyyata Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.