Qəbələdə evdə partlayış oldu - 4 yaralı var

qebelede-evde-partlayis-oldu
Oxunma sayı: 1345

Qəbələ rayonunda ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində partlayış baş verib. “Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib. 

Yanğın hadisəsi olmayıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.