“Qəbələ”də maaş problemi

qebelede-maas-problemi
Oxunma sayı: 662

Fanat az-ın yaydığı xəbərə görə, bu narazılığın əsas səbəbi baş məşqçinin nizam-intizamı yüksəltmək məqsədi ilə hər gün saat 22:00-da futbolçulara məxsus komputerləri yığması, oyunçulara cəza kimi onları kross qaçırtmaqla məşqə başlamasıdır. Məlumatda həmçinin futbolçuların iki aylıq əmək haqqını ala bilməmələri də qeyd edilib.
Yayılan xəbəri dəqiqləşdirmək üçün klubun baş məşqçisi Ramiz Məmmədovla əlaqə saxladıq.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Ramiz Məmmədov yayılan məlumatları təkzib edib: “ Futbolçuların maaşlarında gecikmə olmayıb. Onların maaşları verilib. Ümumiyyətlə, bu məlumatların hamısı tamamilə yalandır”.

Klubun kapitanı Rəşad Abdullayev də saytımıza verdiyi açıqlamada Ramiz Məmmədovun sözlərini təsdiqləyib: “Maaş baxımından bizdə problem yoxdur. O ki, qaldı saat 22:00-da komputerlərimizin yığılmasına, bu məlumat da yalnışdır. Mən anlaya bilmirəm ki, bu xəbər necə ortaya çıxıb”.

Sevinc