Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video+Yenilənib

qebelede-mese-yanginina-daha-bir-helikopter-celb-olundu
Oxunma sayı: 3604

Qəbələ rayonunun Solquca kəndi yaxınlığında dağlıq ərazidə meşə zolağında yanğın başlayıb. “Qafqazinfo”  xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki Müdafiə Qoşunlarının, Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 1 ədəd helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

***

Qəbələdəki yanğının söndürülməsinə daha bir helikopter cəlb olunub.

Bu barədə "Qafqazinfo"ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.