Qəbələdə Musiqi Festivalı başlayır

qebelede-musiqi-festivali-baslayir
Oxunma sayı: 644

Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın “Qafqazinfo”ya verdiyi məlumata görə, festivalda Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Hollandiya, İtaliya, Fransa, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və “Yeni Rusiya” simfonik orkestri, Boris Berezovski, Denis Matsuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Massimiliano Pisapia və başqaları iştirak edəcəklər. Tədbirin yüksək səviyyədə hazırlanması və keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyində Təşkilat Komitəsi, Qərargah və İşçi qrup yaradılıb. Təşkilat komitəsinin sədri Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, sədr müavini Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, festivalın bədii rəhbəri, Bakı Musiqi Akademiyasının rektoru, professoru Fərhad Bədəlbəyli, üzvləri İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadədir.

Nigar Məmmədli