Qəbələdə pakistanlı ailə qəzaya düşdü - Yaralananlar var

qebelede-pakistanli-aile-qezaya-dusdu
Oxunma sayı: 1280

Bakı-Oğuz yolunda pakistanlıları aparan “Mercedes Vito” mikroavtobusu qəzaya uğrayıb.

“Qafqazinfo”nun məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova faktı Trend-ə təsdiqləyərək bildirib ki, hadisə Qəbələ rayonu ərazisində baş verib.

Turistlər Şəkidən Qəbələyə gedirlərmiş.

Qələbə Rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən 3 nəfərə ambulator yardım göstərilib. 1 nəfər isə Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun tezliklə buraxılacağı bildirilir.

“Mercedes Vito”da olan 5 sərnişin bir ailənin üzvü olub.