“Qəbələ”dən daha bir transfer

qebeleden-daha-bir-transfer
Oxunma sayı: 646

Müqaviləsi başa çatdığı üçün komandadan göndərilmiş Elmar Baxşiyevin yerinə baş məşqçi Ramiz Məmmədov Amit Quluzadəni sərəncamında görmək istəyib. Artıq gənc yarımmüdafiəçi dünəndən komanda ilə birgə Mingəçevirdəki hazırlıqlarda iştirak edir. Futbolçunun yalnız keçidinin rəsmiləşməsi qalıb ki, bu da yaxın günlərdə həllini tapacaq. Onunla 1,5 illik müqavilə bağlanacağı gözlənilir.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Amit Quluzadə yayda “Ərciyəsspor”u tərk etdikdən sonra Bəhmən Həsənovun dəvəti ilə “Rəvan”a keçmişdi. Ancaq Kemal Alispahiçin gəlişindən sonra heyətə düşməkdə çətinlik çəkən Amit bu klubla müqaviləsini vaxtında erkən pozmuşdu.