“Qəbələ”dən möhtəşəm geridönüş

qebeleden-mohtesem-geridonus
Oxunma sayı: 1121

Azərbaycan kubokunda finala vəsiqə qazanan növbəti komanda da məlum olub.

“Qafqazinfo” xəbər verir ki, ilk matçda öz meydanında “Neftçi”yə 1:2 hesabı ilə məğlub olan “Qəbələ” səfərdə lazım olan nəticəni əldə etməyi bacarıb.

“Qəbələ” matçın əvvəlində hesabda 0:1 geriyə düşsə də, sonrakı dəqiqələrdə 3 qol vuraraq qalib gəlib.

Beləliklə, finalda “Keşlə”nin rəqibi “Qəbələ” olub.

“Neftçi” - “Qəbələ” - 1:3

Qollar: Mustivar, 10 - Dabo, 21, 30, Cavid Hüseynov, 61 (pen.)

Qaçırılan penalti: Monroz, 85 ("Qəbələ") - kənar