“Qəbələ”nin avtobusu daşa basıldı, “Kəpəz” cərimələndi

“Qəbələ”nin avtobusu daşa basıldı, “Kəpəz” cərimələndi
Oxunma sayı: 813

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda Topaz Premyer Liqasının 19-cu turu haqqındakı qərarlar bəlli olub. 

“Kəpəz” – “Qəbələ” matçı başa çatdıqdan sonra qonaq komanda stadion ərazisini tərk edərkən yerli azarkeşlər tərəfindən klubun avtobusunun şüşəsi sındırılıb.

“Qırmızı-qaralar”ın təhlükəsizliyini tam təmin etmədiyinə görə Gəncə klubu 4000 manat cərimə olunub.  “Qəbələ” klubunun dəymiş ziyana uyğun olaraq təqdim edəcəyi hesabı da “Kəpəz” ödəməli olacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi