“Qəbələ”nin darmadağın etdiyi komanda - “Qarabağ”ın rəqibi oldu

“Qəbələ”nin darmadağın etdiyi komanda
Oxunma sayı: 37

“Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə üz-üzə gələcək.

Qafqazinfo” xəbər verir ki, bu komanda ötən il Avropa Liqasının ilk təsnifat mərhələsində “Qəbələ”yə rəqib olmuşdu.

İlk oyunda 5:1 hesablı qələbə qazanan Roman Qriqorçukun komandası ikinci oyunda 1:2 hesablı məğlubiyyətə üzülsə də, mərhələ adlamağı bacarmışdı.

Samtredia şəhərini təmsil edən bu klub müxtəlif illərdə ayrı-ayrı adlarda çıxış edib. “Lokomotiv”, “Sanavardo”, “Djuba” və “İberiya” adlarını daşıyıb. Fəaliyyəti “Lokomotiv” adı ilə başlayan indiki “Samtredia” SSRİ-nin ikinci liqasında mübarizəyə start verib. 

Hazırda Gürcüstan çempionatında mübarizə aparan komandanın ən uğurlu dövrü 1994-96-cı illərdə “İberiya” adı altında olub.

1994-95-c illər çempionatında ikinci yeri tutan komanda UEFA kubokuna vəsiqə əldə edir. Lakin burda onlar Makedoniya “Vardar”ın məğlub olurlar.

Bu klub Gürcüstan tarixinin ən güclü və əfsanəvi futbolçusu Kaxa Kaladzenin ilk klubu olub. Bundan başqa “Samtredia” Tariyel Davlişvili, Davis Dardzaniya, Piruz Kanteladze, Givi Babanidze, Timur Dzaqnizxe, Sergey Şevstov kimi futbolçuları yetişdirib.

2015/2016 mövsümündə “Samtredia” tarixində ikinci dəfə Gürcüstan çempionatının gümüş medallarına sahib çıxıb və avrokubokda iştirak hüququ əldə edib.

Komandanın baş məşqçisi yerli mütəxəssis Gia Tsetsadzedi. “Samtredia”nın heyətində legioner çıxış etmir. Bütlünlüklər yerli futbolçulardan təşkil olunub.

Bu klub Gürcüstan tarixinin ən güclü və əfsanəvi futbolçusu Kaxa Kaladzenin ilk klubu olub. Bundan başqa “Samtredia” Tariyel Davlişvili, Davis Dardzaniya, Piruz Kanteladze, Givi Babanidze, Timur Dzaqnizxe, Sergey Şevstov kimi futbolçuları yetişdirib. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi