“Qəbələ”nin futbolçuları Dünya Yığmasında

qebelenin-futbolculari-dunya-yigmasinda
Oxunma sayı: 646

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 1/4 finala qədər uğurla irəliləyən komanda bu mərhələdə büdrəyib. 1/4 finalda “Aydınspor"la qarşılaşan təmsilçimiz məğlubiyyətdən qaça bilməyib. Komandanın 2:4 hesabı ilə uduzduğu görüşdə qollara Coşqun Süleymanov və Fərid Nəbiyev imza atıblar. 5-8-ci yerlər uğrunda qarşılaşmada “Qalatasaray”la oyun qolsuz bərabərliklə nəticələnsə də, penaltilər seriyasında “Qəbələ” üstün olub (3:1. Qollar: Fərid Nəbiyev, Turan Manafov, Coşqun Süleymanov). "Qəbələ" bu gün 5-ci yer uğrunda qarşılaşmaya çıxacaq.

Bu gün həmçinin dünya yığması ilə Türkiyə millisi arasında oyun baş tutacaq. Birincilərin heyətində “Qəbələ”li futbolçuların meydanaçaya çıxacağı dəqiq olsa da, onların adları hələ ki açıqlanmayıb. Dünya yığmasına rəhbərlik edəcək əfsanəvi Zepp Piontekin köməkçisi “Qəbələ”nin çalışdırıcısı Halim Fıçıcı olacaq. Bakı vaxtı ilə 15:45-də start götürəcək görüş “NTV Spor” kanalı vasitəsilə canlı yayımlanacaq.

Ceyhun Əhmədov