“Qəbələ”nin futbolçusu cəzalandırıldı

qebelenin-futbolcusu-cezalandirildi
Oxunma sayı: 1000

AFFA İntizam Komitəsi "Qəbələ"nin futbolçusu İlqar Qurbanovu cəzalandırıb.

“Qafqazinfo” PFL-in saytına istinadən xəbərə verir ki, o, Azərbaycan kubokunun finalında "Keşlə" ilə matçın 88-ci dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

Qeyd edək ki, "Keşlə" "Qəbələ"yə 1:0 hesabı ilə qalib gələrək kubokun sahibi olub.