“Qəbələ”nin oyununun yeri dəyişdirildi

qebelenin-oyununun-yeri-deyisdirildi
Oxunma sayı: 905

“Qəbələ”nin UEFA Avropa Liqasının Əsas yolunun I təsnifat mərhələsində “Proqres”ə qarşı keçirəcəyi oyunların yeri dəyişdirilib.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, iyulun 12-də olacaq ilk qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi səfərdə yox, Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda keçiriləcək.