Qəbirdən canlı yayım etdi

Qəbirdən canlı yayım etdi
Oxunma sayı: 2986

İrlandiyanın Belfast şəhər sakini 3 gün qəbirdə yaşamağa qərar verib.

“Qafqazinfo” “lenta.ru”ya istinadən xəbər verir ki, bununla zərərli vərdişlərdən və depressiyadan əziyyət çəkənlərə yardım etməyə çalışıb.

Məlumata əsasən, 1 martda şəhərdəki kilsələrdən birinin yanında dərin qəbir qazılıb. Onun içinə geniş bir tabut düzəldilib. "Valkinq Free" təşkilatının yaradıcısı olan Con Edvars onun içində 3 gün keçirib. Tabutun içində oturmaq və uzanmaq üçün kifayət qədər yer olub. Bundan əlavə daxildə ventilyasiya və Wi-Fi sistemi də yerləşdirilib. O, qəbirdən birbaşa canlı yayım apararaq alkoqol və narkomanlarla ünsiyyətə girib. Bununla onlara yardım etməyə çalışıb.

 “Onlarla qəbirdən danışmaq istəyirəm. Məqsədim bura köçməzdən əvvəl onlara ümid verməkdir”,-deyə bildirib.

Edvardsın aksiyası dünyada milyonlarla insanın diqqətini cəlb edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi