Qəbiristanlıqda adam güllələdi - Yenilənib

Qəbiristanlıqda adam güllələdi
Oxunma sayı: 6859

Siyəzən rayonunda qətl hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qarasiyəzən adlı yaşayış massivində qeydə alınıb. Belə ki, rayon sakinləri Elşən Qədirli və Asim Abdulov arasında yaranan mübahisə faciəvi sonluqla başa çatıb.

Qəbiristanlıqda baş verən mübahisə zamanı Asim Abdulov odlu silahdan Elşən Qədirliyə atəş açıb.

Nəticədə o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisədən sonra Asim Abdulov Siyəzən Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İlkin versiya olaraq hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Hazırda faktla bağlı Siyəzən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Emin Kərimov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi