Qəbiristanlıqda silah-sursat tapıldı

qebiristanliqda-silah-sursat-tapildi
Oxunma sayı: 1076

Salyanda qəbiristanlıqda silah-sursat tapılıb.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, şəhər qəbiristanlığında təmir abadlıq işləri aparılan zamanı 1 ədəd “AKM” markalı silah, 2 ədəd alışqansız “F-1” qumbarası, 3 ədəd patron darağı və 5 ədəd patron aşkar edilib.