Qəbiristanlıqdan oğurluq edildi, iki nəfər saxlanıldı

Qəbiristanlıqdan oğurluq edildi, iki nəfər saxlanıldı
Oxunma sayı: 1166

Saatlı rayonunda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinə noyabr ayının 5-dən 8-dək olan müddətdə Qaracalar kənd qəbiristanlığında qəbrlərin kənarındakı alüminium məhəccərlərin sökülərək oğurlanması barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Qaracalar kənd sakini Ziya Qasımov və Bərdə rayon sakini Həbib Mahmudov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi