Qəbul imtahanında abituriyent suçiçəyi çıxardı

qebul-imtahaninda-abituriyent-suciceyi-cixardi
Oxunma sayı: 643


“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, qəbul imtahanları keçirilən məntəqələrdə təcili yardıma müraciət edən 6 nəfərdən üçü valideyn, biri abituriyent, biri isə valideynləri ilə gələn 11 yaşlı uşaq olub. Z.Vahidova deyib ki, 258 saylı orta məktəbdə imtahan başlamamışdan əvvəl abituriyentlərin birində suçiçəyi xəstəliyi aşkarlanıb və o imtahandan xaric edilib.