Qəçrəşdə kottec yandı

qecresde-kottec-yandi
Oxunma sayı: 931

Quba rayonunda yanğın olub.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qəçrəş kəndində ümumi sahəsi 56 m² olan taxtadan ibarət kottecin yanar konstruksiyaları 44 m² sahədə yanıb.

Kottecin qalan hissəsi və yaxınlıqda olan digər tikililər yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.