Qəddafi: “Diz çökməyəcəyik, təslim olmayacağıq”

qeddafi-diz-cokmeyeceyik-teslim-olmayacagiq
Oxunma sayı: 645

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Qəddafi audio yazıda yeganə variantlarının olduğunu söyləyib: “Bir variantımız var. Ya vətənimizdə öləcəyik, ya da sağ qalacağıq. Diz çökməyəcəyik, təslim olmayacağıq. Ölüm xoş gəldi, səfa gəldi. Şəhadət milyon dəfə daha yaxşıdır”. Liviya lideri həmçinin tərəfdarlarını NATO-nun hava hücumlarında dəfələrlə hədəf aldığı qərargahı Bab Əl-Əzizəyə axın etməyə çağırıb. Qəddafinin audio yazısı efirə veriləndən sonra şəhərdə atəşfəşanlıq olub.
Qeyd edək ki, dünən Liviya liderinin 69 yaşı tamam olub. NATO Qəddafinin doğum günüdə ən güclü aviazərbələrindən birini endirib. Zərbənin hətta bir neçə ətraf şəhəri də sirkələdiyi də bildirilir. Hökumət sözçüsü Musa İbrahim bildirib ki, aviazərbə nəticəsində 31 nəfər ölüb.

Nərgiz Ehlamqızı