Qəddafi məzələnir

qeddafi-mezelenir
Oxunma sayı: 635

"ElLiviya" televiziya kanalının internet saytında yerləşdirilən məlumata görə, Qəddafi radioda yayımlanan açıqlamasında "Qəhrəmanlar mübarizə aparır və şəhid olur. Biz də şəhid olmağı gözləyirik" deyib.

Liviyanın "itkin" lideri Qəddafi açıqlamasını paytaxt Tripolidən 170 km aralıda yerləşən və həftələrdir yeni rejimə qarşı mübarizə aparan Beni Vəliddə ölkənin ən böyük tayfalarından olan Varfala xitab edib. Açıqlamada deyilir: "Cihadınızla əcdadlarınızın uğurunu yeniləyirsiniz. Szin kimi mənim də savaş meydanında olduğumu bilin. "Qəddafi Nigeriyada, Venesueladadır" deyə yalan deyirlər. Xalqımın arasındayam".