Qəddafi: “Yoxsa, fəlakət olacaq”

qeddafi-yoxsa-felaket-olacaq
Oxunma sayı: 670

“Qafqazinfo”nun məlumatına görə, Liviya lideri paytaxt Tripolinin Yaşıl Meydanında toplanan minlərlə tərəfdaşına telefonla səslənib. Qəddafi çıxışında Beynəlxalq Məhkəmənin onun haqqında çıxarılan həbs qərarını qınayıb. O, ölkəsində qalacağına söz verib və NATO-dan hava hücumlarını dayandırmasını istəyib. Qəddafi qeyd edib ki, əks halda ittifaq fəlakətlə üzləşəcək.

Liviya lideri əllərində yaşıl bayraqlar tutan kütləyə xitabən çıxışında deyib: “Hücum dayanmazsa, biz də sizə buna bənzər şəkildə davranmağa qərar verə bilərik. Buna qərar versək, döyüşü Avropaya da aparacağıq”.

Qəddafi həmçinin NATO-ya Liviya xalqı ilə danışmağı da məsləhət görüb.

Nərgiz Ehlamqızı