Qəddafinin oğlu öldürüldü

qeddafinin-oglu-olduruldu
Oxunma sayı: 675

APA-nın verdiyi xəbərə görə, bu barədə Misir KİV-ləri Liviyanın Milli Konqresinin nümayəndəsi Ömər Xomeydananın bəyanatına istinadən xəbər yayıblar. O deyib ki, Xamis Qəddafi Beni Validdə öldürülüb və onun meyiti Misurata şəhərinə gətirilib.

* * *
Bakı-APA. Liviyanın sabiq rəhbəri Müəmmar Qəddafinin oğlu Xamis Qəddafi Beni Valid şəhərində inqilabçılar tərəfindən həbs olunub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Xamis Misuratadan inqilabçı dəstəsi tərəfindən həbs olunub. Liviya hökuməti bildirib ki, Xamis Musurata şəhərinə gətirilib.
Digər xəbərə görə, yaralanan Xəmis xəstəxanaya aparılarkən yolda ölüb.

Bir qədər əvvəl xəbər verilmişdi ki, Xamis aldığı ağır yaralara baxmayaraq Beni Validdə üsyançı dəstəsinə rəhbərlik edir.