Qəddafinin oğlu prezidentliyə namizəd oldu

qeddafinin-oglu-prezidentliye-namized-oldu
Oxunma sayı: 2524

Liviyanın keçmiş lideri Muammar Qəddafinin oğlu Seyf əl-İslam prezidentliyə namizədliyini irəli sürüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun nümayəndəsi Ayman Buras Tunisin paytaxtında açıqlama verib.

Daha əvvəl Milli Razılıq Hökumətinin XİN rəhbəri Tahir Siyala 2018-ci ildə Liviyada prezident seçkilərinin keçirilə biləcəyini söyləmişdi.

Qeyd edək ki, ötən yay "Abu Bəkr as-Siddik" silahlı qruplaşması 6 il əsir saxlanılan Seyf əl-İslamı azadlığa buraxıb. Hazırda onun harada olduğu barədə heç bir məlumat yoxdur.