Qədr gecəsinin namazı necə qılınır?

qedr-gecesinin-namazi-nece-qilinir
Oxunma sayı: 2795



 

1) Niyyət “Qədr gecəsinin namazını qılıram qürbətən iləllah”. 

2) Sübh namazı kimi iki rükətlidir. Lakin hər rükətində həmd surəsindən sonra yeddi dəfə İxlas (Qul huvəllah) surəsi oxunulmalıdır. 

3) Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq (səcdə halında) yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” zikri deyilir.

İmam Sadiq (ə) buyurur: “Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar”./deyerler/