“Qəfildən ürək ağrısı tutdu və...” - Böyükağa Hacıyevin oğlu

qefilden-urek-agrisi-tutdu-ve
Oxunma sayı: 2821

Bu gün infarkt keçirən, ürəyindən əməliyyat olunan “Bakı”nın və “Neftçi”nin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin hazırda durumu ağırdır.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Futbolxeber.az saytına təcrübəli mütəxəssisin böyük oğlu Yusif Hacıyev məlumat verib:

“Böyükağa müəllim beynindəki problemlə əlaqədar Moskvaya əməliyyata getməliydi. 1 həftə idi ki, “Modern Hospital”da palata vəziyyətində müalicə alırdı. Tezliklə Moskvaya yollanmalıydıq. Amma bu gün qəfildən ürək ağrısı tutdu və ardınca infarkt keçirdi. Dərhal əməliyyat olundu, ürəyinə stend qoyublar. İndi gözləyirik ki, ürəyi normal vəziyyətinə gəlsin. Ola bilər ki, ikinci əməliyyata da ehtiyac duyulsun. Hazırda əlimizdən gözləməkdən başqa heç nə gəlmir”.