“Qəhrəmanlıq uşaq doğub-tökmək deyil...”

qehremanliq-usaq-dogub-tokmek-deyil
Oxunma sayı: 2147

Müğənni-aparıcı Murad Arif sosial şəbəkədə maraqlı bir paylaşım edib.  “Qafqazinfo” xəbər verir ki, o, bu dəfə ana və ata nəvazişindən uzaq alan körpələr barədə fikirlərini bölüşüb.

Murad instaqramda valideynlərə kiçik bir tövsiyə edib:

“Qəhrəmanlıq uşaq doğub-tökmək deyil... Bu fiziki prosesdir, bütün canlılara xasdır. Valideyn olmaq, doyurmaq, sıcaq yuvada, sevgiylə böyütmək, tərbiyə və təhsil verə bilməkdir! Arzuolunmaz hamiləlikdən qorunma yolları var... Uşaqlara yazığınız gəlsin. Uşağın sayına deyil, keyfiyyətinə fikir verin”.

Sənətçinin bu statusuna İradə İbrahimova da şərh bildirib. O, Muradın fikirləri ilə razılaşdığını qeyd edib.