“Qəlbim qəlpələrlə dolu olanda belə üzüm güldü” - Aygün 48 yaşında!

qelbim-qelpelerle-dolu-olanda-bele-uzum-guldu
Oxunma sayı: 4343

Bu gün səhnəmizdə ilklərlə yadda qalan Xalq artisti Aygün Kazımovanın 48 yaşı tamam olur. 

“Qafqazinfo” xəbər verir ki, estradamızın ulduzu bu gün müasir Azərbaycan şou-biznesinin yaradıcısı olaraq qəbul edilir. 30 ildən çoxdur ki, səhnədə olan müğənni özü də şəxsi hesabında doğum günü ilə bağlı paylaşım edərək həyatın bu çağında hüzurlu olduğunu bildirib:

“Həyat, keçdiyin hər dərsi öyrəndim. Bəzisindən əla qiymət aldım, bəzisindən sinifdə qaldım. Qəlbim qəlpələrlə dolu olanda belə üzüm güldü. Sevinclə döyünəndə onu sevdiklərimlə bölüşdüm. Keçdiyin dərslərdən nəticə çıxarmağı öyrəndim. Bu gün artıq çox hüzurluyam. Ən böyük güvən yerim, ən böyük ilham və ümid qaynaqlarımla birlikdə. Həyat, səni sevirəm”.