“Qələbə bizim üçün çox vacib idi” - Qriqorçuk

qelebe-bizim-ucun-cox-vacib-idi
Oxunma sayı: 641

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Yagelloniya” (Polşa) – “Qəbələ” qarşılaşmasından (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ukraynalı mütəxəssis qələbəni belə şərh edib:

“Qalib gəldiyimiz üçün çox sevinirik. Çünki bu, adi qələbə qazanıb, mərhələ keçmək deyil. İndiki çox çətin vəziyyətdə bunu bacardıq. Klubda deyil, komandadakı vəziyyəti nəzərdə tuturam. Çətinlik ondadır ki, komanda yenidir və onu qurmağa vaxtımız az olub. Futbolçularımla fəxr edir, onları sevirəm. Onlar belə çətin vəziyyətdə ciddi nəticə qazana bildilər. Bu qələbə bizim üçün çox vacib idi. İndi biz gündən-günə daha yaxşı olacağıq. Hər növbəti matçda bu komanda daha güclü olacaq. Biz bu gün ilk oyunla müqayisədə daha yaxşı idik. Komandada bundan da yaxşı oynamaq potensial var. İndiki “Panatinaikos” haqda onu bilirik ki, bizimlə yenilənmiş komanda üz-üzə gələcək. İki il əvvəl qarşılaşdığımız heyətdən 2-3 futbolçu qalıb. Başa düşürük ki, bu komanda pis ola bilməz. Bu, Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir. Bizi iki ciddi qarşılaşma gözləyir. Bu matçlar çox maraqlı olacaq”.