“Qələbə əzmi ilə yaşayırıq”

qelebe-ezmi-ile-yasayiriq
Oxunma sayı: 825


“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, İcra Hakimiyyətinin məsul işçiləri, yüksək rütbəli zabitlər və əsgərlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev zabit və əsgərləri bayram münasibətilə təbrik edib, doğma Vətənə şərəfli  xidmətlərində uğrular arzulayıb. Qeyd edib ki, bu bayram bütün Azərbaycan xalqının bayramıdır. Güclü ordu müstəqil və suveren dövlətimizin möhkəm dayağıdır. Heydər Əliyevin söylədiyi kimi, müstəqil dövlətin güclü ordusu olmalıdır. Orduda aparılan islahatlar döyüş və mənəvi - psixoloji hazırlığın yüksəlməsinə şərait yaradıb. Prezident, Ali Baş Komandan İlham Əliyev digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Hazırda regionda böyük gərginlik var, hər gün atəşkəs pozulur: “Bu da ordumuzun əhəmiyyətini, onun daha da güclənməsinin vacibliyini təsdiqləyir. Bu gün Azərbaycan xalqı, zabit və əsgərlərimiz, hər birimiz ərazi bütövlüyümüzü bərpa etmək, düşmən işğalı altında olan torpaqlarımızı azad etmək üçün qələbə arzusu, qələbə əzmi ilə yaşayırıq”.

Hərbi hissənin komandiri çıxışında  Azərbaycanın güclü ordu ənənələrinin olduğunu, Azərbaycan ordusunun nizam-intizamına, təhsilinə, təchizatına görə öndə olduğunu, orduya ayrılan vəsaitin ildən-ilə artdığını, ordunun bü gün ən müasir texnika, silahlarla təmin edildiyini, hərbi çağırış, sosial təminat və digər məsələlərlə bağlı qanunların mütəmadi olaraq,  təkmilləşdirildiyini diqqətə catdırıb. Orduya, hərbi kadrlara, əsgər və zabitlərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib. Gəncə şəhər rəhbərliyinin xeyirxah təşəbbüsünə və dəstəyinə görə minnətdarlıq duyğularını ifadə edib.

Sonra Vətənə şərəfli xidmətində xüsusi ilə fərqlənən hərbiçilərə Fəxri fərman və hədiyyələr verilib.

Sonda Gəncə Dövlət Filarmoniyası və “Göygöl” Dövlət mahnı və rəqs ansamblı konsert proqramı ilə çıxış edib.