Qələbə qazanmaqdan artıq yorulublar

qelebe-qazanmaqdan-artiq-yorulublar
Oxunma sayı: 646

“Qafqazinfo” xəbər verir ki, “Yuventus” öz meydanında “Milan”ı 1-0 hesabı ilə məğlub edib. Azarkeşlər əvvəlcədən gözldikləri kimi bol qollu oyun görməyiblər. Görüşdə cəmi 1 qol olub ki, onu da “Yuve”nin futbolçusu Arturo Vidal 11 metrlik cərimə zərbəsindən vurub. Minimal hesablı qələbə qazanan “qoca senyora” xallarının sayını 77-ə çatdırıb və “Seriya”nın başa çatmasına 5 tur qalmış ən yaxın rəqibi “Napoli”ni 11 xal üstələmiş olub.

“Milan” isə aldığı bu məğlubiyyətdən sonra 59 xalda qalıb və 3-cü yerdəki, mövqeyini itirmək təhlükəsi ilə üzləşib. Çünki 4-cü yerdə olan “Fiorentina” son turda “Torino”nu 4 -3 hesabı ilə məğlub edib və 58 xal toplayıb.

İqbal