“Qələbə üçün “Santyaqo”dan gözəl yer yoxdur” - Enrike

qelebe-ucun-santyaqodan-gozel-yer-yoxdur
Oxunma sayı: 669

“Barselona”nın baş məşqçisi Luis Enrike sabah Madriddə “Real”a qarşı keçiriləcək oyunla bağlı fikirlərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi Tvitter səhifəsində məlumat yayılıb.

Baş məşqçi komandası öz oyun üslubuna sadiq qalmalı və faydalı hərəkət etməli olduğunu vurğulayıb.

“Barselona”ya qələbə üçün “Santyaqo Bernabeu”dan gözəl yer yoxdur. Bu, həlledici matçdır. Bu oyun çempionatən taleyini həll də bilər, qapıları açıq saxlaya da. Bizim üçün, bu final matçıdır”.

Xatırladaq ki, “Real” – “Barselona” oyunu sabah Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.

Hazırda “Real” 31 oyundan 75 xalla 1-ci, “Barselona” 32 oyundan 72 xalla 2-ci yeri tutur.