Qəlyan daha bir ölkədə qadağan olundu

qelyan-daha-bir-olkede-qadagan-olundu
Oxunma sayı: 2641

Ruanda sağlamlığa mənfi təsirini əsas göstərərək qəlyan çəkməyi qadağan edib.

“Qafqazinfo” “The New Times”a istinadən xəbər verir ki, səhiyyə naziri Diana Gaşumba 15 dekabrdan etibarilə ölkədə qəlyan istifadəsi, reklam və idxalının qadağan olunduğunu açıqlayıb.

Nazirin yazılı açıqlamasında, Dünya Səhiyyə Təşkilatının qəlyanın sağlamlığa vurduğu ziyanı nəzərə aldıqlarını bildirərək, "Qəlyan çəkmək ziyan vurur, asılılıq yaradır və insan həyatı üçün təhlükəlidir", deyə vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl qəlyan ötən il Tanzaniyada qadağan olunmuşdu.