Qənimət Zahid psixoloqdan məsləhət alıb

Qənimət Zahid psixoloqdan məsləhət alıb
Oxunma sayı: 190

Sağlıq durumu, müalicəsinin necə getdiyi barədə “Yeni Müsavat”a danışan Q. Zahid bildirib ki, Türkiyəyə gələrkən səhhəti çox pis olub: “Amma burada müalicəyə başlayandan sonra yavaş-yavaş özümə gəlirəm. Artıq müayinələrdən keçmişəm müalicə başlayıb”.

Q. Zahidlə söhbət zamanı məlum olub ki, Bakıda ona tam yanlış diaqnoz qoyulub. Baş redaktora ağ ciyərlərində problem olduğunu deyiblər, amma Ankarada müayinə olunarkən qara ciyərində problem olduğu üzə çıxıb. Q. Zahiddə dəmir çatışmazlığı bəlli olub və müalicə bu istiqamətdə gedir: “Əsəblərimlə bağlı da müəyyən problemlər var və paralel müalicə gedir. Bakıda yaxşı bir tanış psixoloq var, o da məsləhət gördü ki, bir müddət fərqli informasiyaların olduğu məkanda dincəlim. Həmin psixoloq mənə dedi ki, sən həbsxanada bir çox şeylərdən iyrənmisən, ona görə də müəyyən problemlər yaranıb. Buna görə də fərqli bir informasiya məkanında müalicə olunmaq üçün Ankaraya gəldim. Dostlar sağ olsun, üzümə yaxşı baxırlar, ona görə də hələ bir müddət burdayam”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi