Qənimət Zahidin ailəsi Parisdə yerləşdi

qenimet-zahidin-ailesi-parisde-yerlesdi
Oxunma sayı: 676

Hazırda övladlarının məktəb probleminin həllinə çalışdığını deyən baş redaktor texniki məsələləri yoluna qoyandan sonra Azərbaycana qayıdacağını bildirib. Q. Zahid deyib ki, ölkəyə qayıtması bir aydan uzun çəkməyəcək.

Qeyd edək ki, Q.Zahid bu addımı övladlarının təhlükəsizliyi baxımından atıb. Baş redaktor uşaqlarına qarşı təxribat hazırlandığı xəbərini alandan sonra onları Azərbaycandan kənarlaşdırıb. Q. Zahidin övladları ictimai-siyasi tədbirlərdə, aksiyalarda yaxından iştirak edir, sosial şəbəkələrdə fəallıq edirdilər. Hətta bu səbəbdən onlar bir müddət əvvəl naməlum şəxslər tərəfindən hədələnmişdilər. (Azadlıq qəzeti)