Qənirə Paşayeva 700 bal toplayanları təbrik etdi

qenire-pasayeva-700-bal-toplayanlari-tebrik-etdi
Oxunma sayı: 2057


“Qafqazinfo”nun məlumatına görə, Millət vəkili Qənirə Paşayeva bu barədə  “Facebook” sosial şəbəkəsində yazıb: 

III qrup üzrə 700 bal toplayan 4 nəfərdən biri Tovuz rayon, Bozalqanlı kənd orta məktəbinin məzunu Nərmin Murğuzovadır. Hər zaman etimad etdiyimiz Nərmin hamımızın,özəlliklə müəllimlərinin və ailəsinin etimadını doğrultdu və gözəl bir uğura imza atdı. Gözəl və ağıllı Nərmini təbrik edir, ona gələcək təhsilində və həyatında uğurlar arzulayırıq. Nərminlə bərabər 700 bal toplamış bütün gənclərimizi təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar diləyirik.