Qənirə Paşayeva azərbaycanlı tələbələrlə görüşüb

qenire-pasayeva-azerbaycanli-telebelerle-gorusub
Oxunma sayı: 688

Görüşdə Azərbaycan-Gürcüstan Parlamentləarasi Dostluq Qrupunun rəhbəri Qənirə xanım Paşayeva, Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmiləri Abbasov Qurban və Vasif Bədəlov, KİV,QHT nümayəndələri iştirak etdilər. Tədbirdə tələbələrin uğurları, dərs prosesi və problemləri müzakirə olundu.

Millət vəkili Qənirə Paşayeva çıxış edərək gənclərə öz tövsiyələrini verdi: “Siz bizim Şimali Kiprdəki bir nümayəndəmizsiniz. Siz ölkənizi, millətinizi orada təmsil etməklə bir diplomatik missiya daşıyırsınız . Bunu yüksək və layiqli səviyyədə etmək üçün əlinizdən gələni etməlisiniz. Siz dərslərinizi yaxşı oxumaqla, universitetin tədbirlərində iştirak edərək bizim mədəniyyətimizi, həqiqətlərimizi çatdırmalısınız. Yaxın Doğu Universiteti dünyanın ən yaxşı universitetlərindəndi, orada bir çox millət nümayyənədələri təmsil olunur. Millətimizin mədəniyyətini, tarixini, həqiqətləri, Dağlıq Qarabağ həqiqətlərini təhsil aldığınız universitetdə tələbələr arasında və ümumiyyətlə, Şimali Kiprdə daha da geniş yayılması üçün yorulmadan çalışmaq sizin hər birinizin borcudur. Mən ümid edirəm ki, siz bu borcunuzu layiqincə yerinə yetirməyə çalışacaqsınız.”

Diasporla İş üzrə Dövlət Komitəsi ilə Şimali Kipr Yaxın Doğu Universitetinin imzaladığı memoranduma əsasən Gürcüstanın 18 nəfər Azərbaycanlı gənci həmin universitetdə təhsil alma şansını əldə etdi. AMM-in vasitəçiliyi ilə seçim nəticəsində onların 9 nəfəri birinci kursa qalanı isə hazırlıq kursuna daxil olmuşlar. 2011-2012 ilin nəticəsi olaraq ötən il hazırlıq kursunda təhsil alan tələbələrdə imtahan verərək artıq 1 kursda təhsil alırlar.Onların 5 nəfərin şəkli əlaçı tələbə kimi şərəf löhvəsindədi. Bu isə böyük uğurdur.
Tələbələrin yataqxana və təhsil haqları pulsuzdur. Digər etiyacları ödəmək üçün tələbələrə DİDK-i tərəfindən aylıq təqaüdlər ayrılır.