Qənirə Paşayeva başqanla görüşdü

qenire-pasayeva-basqanla-gorusdu
Oxunma sayı: 648

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı Q. Paşayeva bildirib ki, Ermənistanın Azərbaycanlılara qarşı törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün türklər, Türk dünyası birgə çalışmalı və səylərini daha artırmalıdır.
Hollandiya Avropalı Türk Demokratlar Birliyi başqanı V. Güngör Hollandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə birlikdə Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin Hollandiya cəmiyyətinə daha geniş çatdırılması və təbliği istiqamətində səylərini bundan sonra daha da artıracaqlarını bildirib.

Görüşün sonunda millət vəkili Veys Güngörə Azərbaycan həqiqətlərinə dair materiallar təqdim edib. Görüşdə Benelüks Azərbaycanlıları Konqresinin Sədri Sahil Qasımov, təşkilatın üzvləri, EKO-Avrasiya Dərgisinin rəhbəri Hikmət Eren də iştirak ediblər.