Qənirə Paşayeva Bayburta gedir

qenire-pasayeva-bayburta-gedir
Oxunma sayı: 661

“Qafqazinfo”nun məlumatına görə, festival iyulun 13-dən 18-dək davam edəcək. 1995-ci ildən “Dədə Qorqud”un şərəfinə keçirilən bu mərasimlərdə Türk Dilli Dövlətlərin, Türk dünyasının, o cümlədən başqa dövlətlərin ərazilərində yaşayan türk icmalarının elm, siyasət, ədəbiyyat, incəsənət və sənət adamları iştirak edir. Bayburt Dədə Qorqud 17-ci Beynəlxalq və Sənət Festivalına Türkiyə, Azərbaycan, Albaniya, Makedoniya və s. kimi ölkələrdən siyasət, elm, ədəbiyyat və sənət adamları dəvət olunublar. Festivalda Azərbaycanı millət vəkili Qənirə Paşayeva və şair Elxan Zal Qaraxanlı təmsil edəcək. Millət vəkili Qənirə Paşayeva festivalın açılış mərasimində çıxış edəcək və festival çərçivəsində Türkiyədən və digər Türkdilli dövlətlərdən və toplumlardan olan rəsmi şəxslər, bölgə rəsmiləri ilə görüşlər keçirəcək.

Mərasim proqramı rəngarəngdir və burada Türk dünyasının foto və rəsm sərgiləri, müxtəlif ölkələrdən folklor ansambllarının çıxışları, tarixi yerlərə ziyarətlər, şeir yarışmaları, “Dədə Qorqud” mövzusunda teatr tamaşaları və s. kimi tədbirlər daxildir.

Qeyd edək ki, festivalın təşkilatçısı Bayburt valiliyidir.

Nərgiz Ehlamqızı