Qənirə Paşayeva Bolqarıstan deputatları ilə görüşüb

qenire-pasayeva-bolqaristan-deputatlari-ile-gorusub
Oxunma sayı: 660

“Qafqazinfo”nun məlumatına görə, Bolqarıstanda keçirilən prezident və bələdiyyə seçkilərini Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyasının üzvü kimi bu ölkədə səfərdə olan millət vəkili görüşlər zamanı Bolqarıstanda yaşayan türklərin vəziyyəti, onları narahat edən problemlər ətrafında fikir mübadiləsi aparıb. O bildirib ki, Azərbaycan dünyanın hər yerində yaşayan türklərlə, o cümlədən Bolqarıstanda yaşayan bacı-qardaşlarımızla əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

Görüşlər zamanı millət vəkili Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, AŞ PA-nın 1416 saylı qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin rəsmi İrəvan tərəfindən indiyə qədər yerinə yetirilməməsi barədə məlumatlar verib.

Azərbaycanı sevdiklərini bildirən Ünal Lütvü, Filiz Hüsmenova və Mətin Kazak həm ölkələri, həm də Azərbaycan türkləri ilə Bolqarıstan türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində ikitərəfli səylərin daha da artırılmasını vacib sayıblar və bu istiqamətdə səylərini bundan sonra daha da artıracaqlarını deyiblər.

Qeyd edək ki, Ünal Lütvü və Filiz Hüsmenova eyni zamanda Bolqarıstanın böyük partiyalarından olan Hak və Özgürlüklər Hərəkatının Mərkəz Yönətim Qurumunun üzvləridir.

Fatimə Kərimli